“Qarabağı azad etməliyik...” - Aqil Abbasdan Tələt Paşanın təhqir edilməsinə reaksiya...

SİYASƏT 27 sen 2018, 14:24

Ermənistanın əliqanlı xalq qəhrəmanı Soqomon Teyleryanın Şirak bölgəsində qoyulmuş abidəsi ilkin variantına qaytarılıb. Heykəltəraş Samvel Petrosyanın müəllifi oluğu abidədə  Soqomon Teyleryanın ayağı altına Osmanlı imperiyasının şəhid edilən Daxili İşlər naziri Tələt Paşanın başı qoyulub. 

 

Millət vəkili, yazıçı Aqil Abbas Moderator.az-a açıqlamasında bildirdi ki, ermənilər ömrü boyu tarixi şəxsiyyətlərimizi təhqir ediblər:

 

“Ermənilərin belə təhqirləri birinci dəfə deyil, yüz ildir ki, bunu edirlər və hələ daha da fəallaşıblar. Bunun bircə yolu odur ki, Qarabağı azad edirsən, orda Tələt Paşanın heykəlin qoyursan və Soqomonun da başını Tələt paşanın ayağı altına qoyursan. Vəssalam. Bunun ayrı yolu yoxdu axı”.

 

Xatırladaq ki, Soqomon Teyleryan 1921-ci ilə Almaniyada Tələt Paşanı qətlə yetirəndən sonra həbs edilib, amma heç bir günahı olmadığı bildirilərək azadlığa buraxılıb. Bundan sonra 30 il Serbiyada yaşayıb. 1953-cü ildə Teyleryan ABŞ-a köçüb. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top