“Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq” – Müdafiə Nazirliyi erməni təxribatlarına CAVAB VERDİ

HADİSƏ 27 sen 2018, 11:04

"Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur".


Demokrat.Az xəbər verir ki, bu fikirlər Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd edilib.


“Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək,- deyə bəyanatda bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top