Azərbaycanda qanunsuz ov edən ərəb cərimələndi

SOSİAL 27 sen 2018, 11:37

5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şabran rayonu ərazisində, Xəzər dənizinin sahil zolağında adı “Qırmızı kitab”a düşmüş şahin quşunu ovlayan 3 şəxsi saxlayıb. Onlardan şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 4 göyərçin quşu və 1 qanadı zədələnmiş şahin quşu götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Demokrat.Az-a verilən məlumata görə, ov edən şəxslərin İraq vətəndaşı Taha Vasmi Zaidan Sumaida və 2 nəfər Azərbaycan vətəndaşı olduğu müəyyən edilib.

Faktla bağlı Taha Vasmi Zaidan Sumaida barəsində protokol tərtib edilərək ona inzibati qaydada 3.100 manat məbləğində cərimə və ziyan tətbiq olunub. Digər 2 nəfər Azərbaycan vətəndaşı isə sənəd təqdim etmədiklərinə görə, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məsulliyyətə cəlb edilmələri üçün rayon polis şöbəsinə müraciət olunub.

Qanadı zədələnmiş şahin quşu reabilitasiya keçməsi üçün Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib, göyərçin quşları isə təbiətə buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top