"Qarabağ Azərbaycanın tərkibində ola bilməz" - Paşinyan BMT tribunasından SƏRSƏMLƏDİ

HADİSƏ 26 sen 2018, 13:05

"Əgər kimsə erməni xalqının yeni soyqırımının baş verməsini arzulamırsa, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz".

 

Demokrat.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bunu BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışı zamanı bəyan edib.


O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistanın xarici siyasətinin prioriteti kimi qalır.


"Dağlıq Qarabağ Respublikası”nın statusu və təhlükəsizliyi danışıqlar prosesində Ermənistanın müstəsna prioriteti olacaq”, - Paşinyan vurğulayıb.


Onun sözlərinə görə, münaqişənin hərbi yolla həlli ilə bağlı istənilən cəhd birbaşa regionun təhlükəsizliyinə, demokratiya və insan haqlarına qarşı olacaq. Ermənistan münaqişənin sülh yolu ilə nizamlanması üzrə ATƏT-in Minsk qrupu formatında konstruktiv iştirakını davam etdirəcək. Çünki bu qurum münaqişənin nizamlanması məsələsində beynəlxalq səviyyədə tanınmış yeganə mandatdır”, - baş nazir deyib.


"Azərbaycan istənilən məsələ ilə bağlı bildirir ki, Qarabağ onun bir hissəsi olmalıdır. Bu zaman bəyan edir ki, Dağlıq Qarabağla danışıqlar aparmayacaq. Problem ondadır ki, hətta onunla danışmaq istəmədən Azərbaycan Qarabağ üçün necə iddia edə bilər? Bu mümkündürmü? Bu o zaman mümkündür ki, Azərbaycan hakimiyyətini xalq yox, Qarabağın ərazisi maraqlandırır. Beləliklə, aşkar görünür ki, Azərbaycan hakimiyyətinin niyyəti Qarabağı Naxçıvandakı kimi ermənilərdən təmizləməkdir. Bu, Dağlıq Qarabağa haqq verir ki, Azərbaycanın tərkibinə daxil olması onun üçün tamamilə məhv olmaq anlamına gəlir. Deməli, Qarabağ Azərbaycanın tərkibində ola bilməz, əgər kimsə erməni xalqının soyqırımına yenidən imkan vermək istəmirsə, ola bilməz”, - Paşinyan vurğulayıb.


Sonda o bir daha vurğulayıb ki, münaqişə müharibə yolu ilə yox, yalnız sülh şəraitində, tərəflərin qarşılıqlı kompromisləri yolu ilə həll olunmalıdır.(mia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top