Kafu: Azərbaycan futbolu ilə maraqlanmağa başladım - FOTO

İDMAN 26 sen 2018, 14:17

Bu gün futbol üzrə ikiqat dünya çempionu Kafu Bakıda Xüsusi Olimpiya Hərəkatının səfiri olması münasibətilə müqavilə imzalayıb.  

Oxu.Az xəbər verir ki, bundan sonra Kafu media mənsublarının suallarını cavablandırıb. 

“Buraya ilk gəlişimdir. Bakıya gəldiyimə görə, Xüsusi Olimpiya Hərəkatının üzvü olmağımdan məmnunam. 

Buraya gələndə Azərbaycan futbolu ilə maraqlanmağa başladım. “Arsenal”la əvvəllər qarşılaşmışam. Hər şey futboldan asılıdır.

Kimsə əvvəldən hansı komandanın qalib olacağını deyə bilməz.

Əsas odur ki, inanasan. Çox təəssüf ki, “Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasında “Roma” ilə oyunlarına baxmamışam.   Neymar dünyanın ən yaxşı oyunçularından biridir. İnanıram ki, nə vaxtsa dünyanın ən yaxşı oyunçusu olacaq”. 

Qeyd edək ki, Kafu 1994 və 2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top