Azərbaycan İsraillə birgə yeni pilotsuz uçuş aparatı istehsal edəcək - FOTO

HADİSƏ 25 sen 2018, 18:27

Azərbaycanda “Pegasus120” tipli yeni pilotsuz uçuş vasitəsinin istehsalı nəzərdə tutulur. 

Demokrat.Az “Report”a istinadən xəbər verir ki, həmin dronun maketi Bakıda keçirilən “ADEX-2018” beynəlxalq müdafiə sərgisində bu gün təqdim olunub.

Sözügedən uçuş vasitəsinin İsrailin “Aeronautics” şirkətilə müştərək əsasla “Azad Systems” müəsisəsində istehsal olunacağı güman edilir.

Hərbi və mülki təyinatlı logistik yüklər daşıyan kvadrokopter olan “Pegasus120” 75 kiloqramadək yükləri 40 kilometrədək məsafəyə daşıya və tam yüklü vəziyyətdə havada 45 dəqiqəyədək qala bilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top