"Azərbaycanda heç bir aclıq problemi yoxdur" - Nazir müavini

İQTİSADİYYAT 25 sen 2018, 15:09

"Bu gün Azərbaycanda heç bir aclıq problemi yoxdur".


Demokrat.Az xəbər verir ki, bunu parlamentdə keçirilən beynəlxalq konfransda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.


O qeyd edib ki, bu problemin yaranmaması və yaşanmaması üçün ölkədə bir sıra mühüm tədbirlər görülüb, ərzaq təhlükəsizliyinin təmin edilməsi yönündə iki Dövlət Proqramı təsdiq olunub.


Nazir müavini xatırladıb ki, Azərbaycanda aparılan uğurlu işlərin nəticəsidir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi beşdən aşağıya endirilib.


S.Həsənovanın sözlərinə görə, Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatılması istiqmətində böyük işlər görülür və yaxın zamanlarda bu istiqamətdə bir çox beynəlxalq qurumların iştirakı ilə Azərbaycanda geniş beynəlxalq forum keçiriləcək./oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top