Sumqayıtda kütləvi dava: 2 nəfər bıçaqlandı

HADİSƏ 25 sen 2018, 10:55
Sumqayıtda kütləvi dava zamanı iki nəfər xəsarət alıb.
 
Demokrat.Az report-a istinadən xəbər verir ki, kütləvi dava zamanı iki nəfər - 1996-cı il təvəllüdlü Nəsirov Elməddin Valerin oğlu və 1993-cü il təvəllüdlü Əliyev Məhəmməd Nizami oğlu bıçaqlanıblar.
 
 
Yaralılar xəstəxanaya çatdırılaraq əməliyyat olunublar.
 
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top