2018-ci ilin ən yaxşı futbolçusu seçildi

İDMAN 25 sen 2018, 08:31

Madrid “Real”ı və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) tərəfindən 2018-ci ilin ən yaxşı oyunçusu seçilib.

Trend-in məlumatına görə, mükafat futbolçuya Londonda xüsusi mərasimdə təqdim olunub.

Ötən mövsümdə futbolçu “Real”ın heyətində UEFA Çempionlar Liqasının qalibi, Xorvatiya yığmasının tərkibində isə dünya ikincisi olub.

Modriçlə yanaşı “ilin futbolçusu” adına daha iki futbol iddia edirdi: “Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldo və “Liverpul”un misirli futbolçusu Məhəmməd Salah.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top