Hoteldə sevgilisinin başını kəsən şəxs danışdı – VİDEO

KRİMİNAL 25 sen 2018, 08:00
Abşeron rayonunun Fatmayı kəndi ərazisində hoteldə baş verən qətlin yeni təfərrüatı məlum olub.
 
Demokrat.Az “Xəzərxəbər”ə istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Aysel Orucovanın qısqanclıq zəminində başını kəsən Kürdəmir rayon sakini, əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş 35 yaşlı Nəriman Əliyev polis tərəfindən saxlanılıb. 
 
O, A. Orucovaya 11 bıçaq zərbəsi vurduğunu bildirib. N. Əliyev qətli Ayselin ona yalan danışdığına görə törətdiyini deyib.
 
Araşdırma zamanı məlum olub ki, N. Əliyev A. Orucovanı 3 ildir tanıyır və onlar tez-tez görüşüblər. 
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top