"Paşinyan normal siyasətçi deyil" — Milli Məclisin rus deputatı

SİYASƏT 24 sen 2018, 18:57

Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mixail Zabelin Rusiya prezidenti Vladimir Putinin sentyabrın 25-də Bakıya edəcəyi səfərin əhəmiyyətindən danışıb.


Rus deputat "Ölkə.Az"a açıqlamasında deyib ki, Vladimir Putin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə təkbətək və geniştərkibdə görüşlər keçirəcək:


"Sentyabrın 25-də prezidentlər - İlham Əliyev və Vladimir Putin arasında keçiriləcək görüşlərdə tərəflər siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlıqdan danışacaqlar. Eyni zamanda cənab prezidentlər - İlham Əliyev və Vladimir Putin Bakıda keçiriləcək Azərbaycan-Rusiya İqtisadi Forumunda iştirak edəcəklər. Sentyabrın 26-da keçirilməsi gözlənilən forumda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının səviyyəsi müzakirə olunacaq”.


Erməni baş nazir Nikol Paşinyanın Azərbaycanı müharibə ilə hədələyən çıxışlarına da toxunan Mixail Zabelin onun bu cür hərəkətlərini "ağılsızlıq" adlandırıb:

"Paşinyan normal siyasətçi deyil, o, ağılsız və məsuliyyətsiz rəhbərdir. Onun fikirlərinə də ciddi yanaşmaq lazım deyil".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top