Abbasın qapalı toyunun görüntüləri yayıldı - VİDEO

MARAQLI 24 sen 2018, 17:32
Əməkdar artist Abbas Bağırovun toyunun görüntüləri yayılıb.
 
Demokrat.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin ötən ilin dekabr ayında baş tutan məclisinin videosunu fotoqraf Cəlal Kəngərli İnstaqram-da paylaşıb. 
 
 
Yayılan toy görüntülərində Abbas və gəlinin hazırlıq mərhələsi, bəylə gəlinin romantik rəqsi, məşhur müğənnilərin əyləncəsi yer alıb. 
 
Xatırladaq ki, Abbas ikinci dəfə ailə həyatı qurub. Onun birinci nikahından qız övladı var. Müğənni ötən il 3 dəfə toy edib. İfaçının birinci, yəni ancaq kişilərdən ibarət toyu may ayında, qız toyu isə Gəncədə reallaşıb. Sonuncu toy isə dekabrda baş tutub.  
 
Hər 3 məclis mətbuata qapalı keçirilib. 
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top