“Hərbi sənayemizin inkişafı ölkəmizin hərbi qüdrətinin göstəricisidir” - Hərbi ekspert

SİYASƏT 24 sen 2018, 16:35
Şair Ramaldanov: “Bu, həm də elm və iqtisadiyyatımızın inkişafına dəlalət edir”
 
Sabah Bakıda "ADEX-2018" Beynəlxalq Müdafiə Sərgisinə start veriləcək. Sərgidə ölkəmizin 260-dan çox müxtəlif çeşidli hərbi məhsullarla çıxış etməsi gözlənilir. 
 
Belə bir sərginin ölkəmizdə keçirilməsi, həmçinin Azərbaycanın sözügedən sərgidə bunca çox hərbi təyinatlı məhsulla çıxış etməsi dövlətimizin artan hərbi gücünün, nüfuzunun göstəricisi hesab edilə bilərmi?
 
Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov baş verənlərin ölkəmizin maraqları baxımından ürəkaçan olduğunu qeyd etdi:
 
“Hərbi sənayemiz cənab prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Bizim hərbi sənayemiz böyük inkişaf yolu keçib. Atıcı silahlar, optik cihazlar və s. kimi hərbi məhsullar istehsal edir. Hərbi sənayemiz bütün beynəlxalq sərgilər dəvət alır və bu sərgilərdə iştirak edir. Azərbaycan bir sıra ölkələrə silah-sursat ixrac edir. 
 
Hərbi sənayenin inkişafı dövlətin iqtisadi potensialının yüksək olmasından xəbər verir. Hansı ölkələrdəki ki, hərbi sənaye inkişaf edib, orada iqtisadiyyat və elm də inkişaf edib. Bu göstəricilər ölkəmizdə də mövcuddur. Texniki Universitetdə xüsusi bir fakultə var. Hansı ki, orada hərbi sənaye sahəsində işləyən mütəxəssislər hazırlanır. Mütəxəssislərimiz digər dövlətlərdə də təcrübə alırlar. Kurslar keçirirlər. 
 
Hərbi sənaye çoxşaxəli bir sahədir. Bu, yüksək elmi potensial tələb edir. Hansı ki, bu gün bizdə bu potensial mövcuddur. Ölkəmizdə elekton cihazlardan tutmuş pilotsuz uçan aparatlara qədər istehsal olunur. Artilleriya üçün mərmilərin istehsalı da olduqca vacib məsələdir. Müharibə şəraitində olan bir ölkədə hərbi sənayenin inkişafı olduqca mühümdür. 
 
Qarabağ müharibəsi vaxtı bir komandir kimi mərmi çatışmazlığından çox böyük əziyyət çəkirdik. Çünki o zaman mərmini başqa dövlətlərdən alırdıq. Mən mərmi üçün müraciət edəndə mənə deyirdilər ki, bilrisiniz, biz bir mərmini 248 dollara alırıq. Bu, mənim praktikamda olan bir epizoddur. Odur ki, ölkəmizin hərbi məhsullar baxımından digər ölkələrdən asılılığının azalması Azərbaycanın hərbi qüdrətinin göstəricisidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top