Üç kişiylə moteldə gecələmək istəyən Afət Rahilqızı rədd cavabı aldı: Get nikah kağızı gətir! - FOTO

MARAQLI 24 sen 2018, 12:19

Telejurnalist Afət Rahilqızını motelə buraxmayıblar.

BAKU.WS
 xəbər verir ki, ARB telekanalında yayımlanan "Çıxış yolu Afət Rahilqızı ilə" verilişinin komandası ilə birlikdə bölgələrdə ezamiyyətdə olan aparıcı gecələmək istədiyi yolüstü moteldən rədd cavabı alıb.

A.Rahilqızı başına gələnləri belə şərh edib: 

"Hər dəfə bölgələrə çəkilişlərə gedəndə otellərdə maraqlı əhvalatlarla qarşılaşırıq. Demək, iki operator, bir sürücü və mən 1 həftədir ki, bölgələrdəyik. Bu dəfə də çox yorğun olduğumuzdan hər dəfə qaldığımız oteldə deyil, yol kənarında fəaliyyət göstərən moteldə gecələmək istədik. Qapıda dayanan kişiyə, bizə 1 gecəlik 2 otaq lazım olduğu söylədim. "Üç kişi və mənəm" demişdim ki, kişi qaşlarını düyünləyib, "gecə vaxtı qadin xeylağını buraxa bilmərəm, gedin nikah kağızı gətirin", deyib, bizi geri qaytardı. Və biz yola davam etdik".

Qeyd edək ki, Azərbaycan qanunlarına görə turistlər hotel və istirahət mərkəzlərinə yerləşəndə nigah kağızı təqdim etməyə borclu deyillər. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top