Son çempion "Qəbələ"ni darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

 

Turun sonuncu matçında “Qarabağ” doğma azarkeşlər önündə “Qəbələ” ilə üz-üzə gəlib. Ağdam təmsilçisi görüşdə rəqibini 4:1 hesabı ilə darmadağın edib.

 

Qarşılaşmada ilk qolu 30-cu dəqiqədə Abdullah Zubir vurub. Komandanın heyətində Araz Abdullayev 45+1-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qolla hesab arasındakı fərqi iki topa çatdırıb. Con Delarj 61-ci dəqiqədə fərqi daha da artırıb. Qarşılaşmada sonuncu qolu isə Abdullah Zubir vurub.

 

Fransalı yarımmüdafiəçi 72-ci dəqiqədə fərqlənməklə darmadağında pay sahibi olub. Qonaqların heyətində isə Rasim Ramaldanov 90-cı dəqiqədə təsəlli qoluna imza atıb.

 

Bu nəticədən sonra xallarının sayını 10-a yüksəldən “Qarabağ” “Sabah”la birgə 2-3-cü yerləri bölüşdürür. “Qəbələ” isə 4 xalla 6-cı yerdədir.

 

Qeyd edək ki, günün digər matçında “Sumqayıt” səfərdə “Keşlə”ni 2:1 hesabı ilə məğlub edib. İlk oyun günündə isə lider "Neftçi" autsayder "Zirə"ni səfərdə 2:1 hesabı ilə üstələyib. "Səbail" - "Sabah" matçında isə qalib müəyyənləşməyib - 0:0.

 

TOPAZ PREMYER LİQASI

"Qarabağ” – "Qəbələ” - 4:1

Qollar: Abdullah Zubir, 30. 72 Araz Abdullayev, 45+1. Con Delarj, 61 - Rasim Ramaldanov, 90

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov

Hakim-inspektor: Məhəmməd Məmmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

"Azersun Arena”

 

/Report.Az/

 

24 Sentyabr 2018, 07:31   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß