İranda matəm elan olundu

DÜNYA 24 sen 2018, 08:00

İranın Əhvaz şəhərində hərbi paraddakı terror aktından sonra bazar ertəsi, sentyabrın 24-ü milli matəm günü elan edilib.

Bu barədə İran prezidentinin rəsmi saytında məlumat verilir.

Ölkə hökuməti bütün ölənlərin və yaralıların ailələrinə başsağlığı verib. 

Qeyd edilir ki, terror aktı nəticəsində ölənlər sentyabrın 24-də torpağa tapşırılacaq.

Bundan əlavə rəsmi Tehran qonşu dövlətləri terror aktında əli olan qruplaşmalara qarşı ciddi tədbirlər görməyə çağırıb.(Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top