"Su basan ev və maşınlara dəyən ziyanı camaat öz hesabına ödəməli olacaq,faciədir..." - Nura Suri

MARAQLI 23 sen 2018, 22:32

Bizdə sığorta sistemi sivil ölkələrdə olan səviyyədə deyil”. Bu sözləri müğənni Nura Suri bugünki yağışın fəsadlarından danışarkən deyib.

O, yağan yağışın törətdiyi fəsadları faciə adlandırıb: “Bu gün yağan yağışdan sonra yolların iflic olması, insanların evlərinin bərbad hala düşməsi, "Salyanski kazarma"nın hasarının aşması nəticəsində avtomobillərə dəyən ziyan, əslində, faciədir.

Çünki bizdə hələ də sığorta sistemi bütün sivil ölkələrdə olan səviyyədə deyil.

Çoxu evləri və avtomobilləri sığortalamadığına görə, dəyən ziyanı öz vəsaiti hesabına ödəməli olacaq. Bu payızın gəlişi ağır oldu. Keçmiş olsun”. ///xeberci.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top