Yağışdan sonra daha bir yol çökdü — VİDEO

HADİSƏ 23 sen 2018, 18:33

Bakıda Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısındakı yolda çökmə hadisəsi baş verib.

 

Dövlət Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Bakıya yağan güclü yağış nəticəsində bu ərazidə səki ilə yolun arasında yerləşən kanalizasiya quyusuna su sızıntısı olub.

 

“Hadisə zamanı yolun altındakı torpaq qatı yuyulub, 2 kvadratmetrlik məsafədə çöküntü qeydə alınıb. Asfalt-beton örtük qismən çöküb. Hazırda bizim əməkdaşlar və “Azərsu” ASC-nin işçiləri əraziyə baxış keçirirlər. Problem yaxın 1 saat ərzində aradan qaldırılacaq”, - deyə qurum rəsmisi qeyd edib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top