Milyonçunun 15 yaşlı qızı təyyarədə öldü

DÜNYA 23 sen 2018, 17:25
İngilis milyonçu, “Wow Toys” oyuncaq istehsalı üzrə Britaniya şirkətinin yaradıcısının qızı Nadima Ednan-Laperuz Nataşa Londondan Nitseyə uçan, “British Airways” şirkətinin təyyarəsində dünyasını dəyişib. bu barədə “The Daily Mail” nəşri məlumat yayıb.
 
 
15 yaşlı Nataşa uçuşdan öncə “Pret a Manger” mağazalar şəbəkəsinin hazırladığı, tərkibində əncir və zeytunun olduğu sendviçi yeyib. Təyyarənin göyərtəsində artıq onda kəskin alllergik reaksiya yaranıb. Atası ona zəhərlənmə əleyhinə dozadan 2 dəfə artıq dərman versə, yeniyetmə qız Nitsedə xəstəxanada ölüb.
 
 
Qəzet qeyd edir ki, milyonçu qızının ölümünə görə şirkətdən açıqlama tələb edib.
 
 
Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top