Hakerlər erməni istifadəçilərin poçt ünvanlarını “sındırdılar”

DÜNYA 23 sen 2018, 14:49
“Anti-Armenia” qrupunun hakerləri növbəti dəfə İnternetdə ermənilərə hücum edərək erməni istifadəçilərin elektron poçtlarını “sındırıblar”.
 
 
Bu barədə “Facebook” səhifəsində elektron təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan yazıb.
 
 
O, həmçinin poçtu yararsız hala gətirilən 500 istifadəçinin loginlərini dərc edib.
 
 
“Ünvanlar çox olduğundan onlar hamısını “sındıra” bilməyib. Məlumatları azərbaycanlıların sərəncamında olanların siyahısını dərc edirəm. Əgər elektron ünvanınızı burada tapsanız, dərhal parolu dəyişdirin”, - Martirosyan yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top