Azərbaycanda vulkan püskürdü –YENİLƏNİB - VİDEO

HADİSƏ 23 sen 2018, 12:25

Bakı şəhəri Qaradağ rayonu ərazisində Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

Bu barədə Oxu.Az-a “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev məlumat verib.

O bildirib ki, ilk püskürmə saat 08:53, ikinci püskürmə isə saat 09:58 radələrində baş verib. 

Hazırda püskürmə prosesi  davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb. 

Xatırladaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da qeydə alınıb.

 

***

Səhər saatlarında Azərbaycanda vulkan püskürməsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, püskürmə Abşeronda qeydə alınmış palçıq vulkanlardan birində qeydə alınıb.

Xəbər yenilənəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top