Bakı bulvarında kişi meyiti tapıldı

HADİSƏ 23 sen 2018, 12:36

Dənizkənarı Milli Parkda kişi meyiti tapılıb.

FHN-dən Demokrat.Az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dünən Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1 nəfərin axtarışları başa çatıb.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu naməlum kişi meyitini (təxminən 20-25 yaşlarında) taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top