“İranda gərginliyin artması qonşu dövlətlərə yaxşı heç nə vəd etmir” - Politoloq

SİYASƏT 22 sen 2018, 20:03

İlqar Vəlizadə: “Vaxtiylə Azərbaycan minlərlə İran qaçqınını qəbul edib”

 

İranda keçirilən hərbi parad zamanı reallaşdırılan terror aktı nəticəsində həlak olanların sayı 24-ə çatıb.

 

Yaxın gələcəkdə qonşu ölkədə terror aktlarının artması, daxili qeyri-sabitliyin yüksəlməsi baş verərəsə, bu, hansısa formada Azərbaycana da öz mənfi təsirini göstərə bilərmi?

 

Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə qonşu ölkədə gərginliyin artacağı təqdirdə, proseslərin ölkəmiz üçün də təsirsiz ötüşməyəcəyini vurğuladı:

 

“Tarix də göstərir ki, İranda gərginlik artarsa, bu, ölkəmiz üçün də təsirsiz ötüşməyəcək. 1979-cu il inqilabı zamanı, habelə ondan öncəki olaylar öncəsi İrandan ölkəmizə çoxlu sayda insan axın etdi. Onlar bir müddət Azərbaycanda qaldılar. Daha sonra onların bir qismi İranda vəziyyətin sabitləşməsi ilə əlqədar olaraq ölkələrinə qayıtdı. Bir hissəsi isə digər ölkələrə üz tutdu.  Lakin bütün hallarda Azərbaycan o vaxt minlərlə İran qaçqınını qəbul etdi. Əgər yaxın gələcəkdə İranda gərginlik artsa, daxili qarşıdurma yüksəlsə, o zaman yenə eyni problem meydana çıxa bilər.

 

Bundan başqa, Azərbaycanın İranda bir sıra layihələri var. Hansı ki, İranda belə bir gərginlyin baş verməsi bu layihələrin effektivliyini də azalda bilər. Bir sözlə, İranda gərginliyin artması, qeyri-stabilliyin yüksəlməsi qonşu dövlətlərin heç biri üçün yaxşı heç nə vəd etmir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top