İranda hərbi paradda öldürülənlərin sayı 24-ə çatıb – FOTO + VİDEO

DÜNYA 22 sen 2018, 17:18

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb. Məlumatı “PressTV” yayıb.

***

İranın cənubunda yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölən hərbçilərin sayı 10-a çatıb, 21 nəfər yaralanıb, 2 terrorçu zərərsizləşdirilib .

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu Xuzistan əyaləti valisinin siyasi məsələlər üzrə müavini bildirib.

***
255112_res_01İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən atışmada SEPAH-ın 8 əsgərinin öldüyü bildirilir.
Yerli mətbuat yazır ki, biri uşaq, biri qadın olmaqla 7 nəfərin isə yaralandığı qeyd edilir.

İran rəsmi KİV-ləri hadisəni terror aktı kimi təqdim edib.Yaralıların isə ən azı 7 nəfəri SEPAH-çıdır.

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top