BMW 140 minədək avtomobili geri çağırır

İQTİSADİYYAT 22 sen 2018, 11:44

Almaniyanın BMW şirkəti Çin bazarında satdığı 3-cü seriyadan olan 140 minə yaxın avtomobili hava kondisionerlərindəki qüsurlarla əlaqədar geri çağırır.

 

Bu barədə, Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb. Qərara əsasən, 2005-2011-ci ildə Çində istehsal edilmiş 89 mindən çox və xaricdən idxal olunmuş təxminən 50 min avtomobil geri çağırılacaq.

 

Noyabrın 9-dan etibarən avtomobillər yoxlanılaraq, qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq (AZƏRTAC).

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top