“Sən hələ anlamırsan, bizim səsimizlə baş nazir olmusan!” – Erməni vitse-spiker Paşinyanı HƏDƏLƏDİ

SİYASƏT 20 sen 2018, 16:58

“Ermənistanda elə bir siyasətçi yoxdur ki, o bütün erməni xalqının adından çıxış etsin. Bu baş nazir Nikol Paşinyana da aiddir”.


Demokrat.Az xəbər verir ki, bu sözləri  Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bəyan edib.


Vitse-spiker Paşinyana çağırış edərək xalqın arxasında gizlənib, xalqın adından çağırışlar etməməyə səsləyib. 


Parlament sədrinin müavini belə bir bəyanatla çıxış etməsinə Paşinyanın “növbədənkənar parlament seçkilərini deputatlar yox, baş nazir olaraq ya mən və yaxud da xalq müəyyən edəcək” fikri səbəb olub.

 

Похожее изображение


“Sən hələ də başa düşməmisənsə deyim, sənin baş nazir kürsüsündə əyləşməyin deputatların mayın 8-də parlamentdə səs verməsindən sonra mümkün olub. Ermənistanda dövlət hakimiyyəti konstitusiya əsasında müəyyən edilir. Bütün proseslərə mütləq formada konstitusiya çərçivəsində baş verməlidir. Paşinyan və onun komandası parlamentə tabedir. İstənilən qanun layihəsinin qəbulu zamanı parlamentin 105 deputatın mövqeyi əsasında qəbul edilir, daha Paşinyanın və onun tərəfdarlarının istəyi əsasında olmur. Tarixdə daha qat-qat güclü şəxsiyyətlər olub və daha çox legitimliyə malik olub, lakin sonda onları da qürurları məhv edib. Nə qədər gec deyil, sənə də bu faktı nəzərə almağı məsləhət görürəm”- vitse-spiker Şarmazanov baş nazir Paşinyana xəbərdarlıq edib.(Avropa.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top