Paşinyanı Qarabağda ayılar qarşıladı – Ermənistanın odioz baş naziri ŞOUMEN ROLUNDA - VİDEO

HADİSƏ 20 sen 2018, 13:24

Bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərinə gələnə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanı ayılar qarşılayıb.


Demokrat.Az xəbər verir ki, işğal altında olan Dağlıq Qarabağa gələn Paşinyanı iki ayı balası qarşılayıb. Baş naziri qarşılayan ayıları Paşinyanın köməkçisi Nairi Sarkisyan videoya çəkərək sosial şəbəkələrdə paylaşıb.


Paşinyanın köməkçisi bildirib ki, Qarabağda olarkən maşın karvanının qarşısına iki ayı balası qaçıb.


“Ayı balaları Paşinyanı çox mehribanlıqla qarşıladılar”- Nairi Sarkisyan sosial şəbəkələrdə belə gülünc açıqlama ilə çıxış edib.


Ermənistanın sosoial şəbəkələrində istifadəçilər bunların bir şou olduğu yazıblar. Sosial şəbəkə istifadəçilərinin  fikirincə, Paşinyanı ayı balalarının qarşılaması səhnəsi öncədən  hazırlanmış bir  şoudur.(Avropa.info)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top