Etimad İsmayılovu qətlə yetirən şəxs tutuldu - FOTO

HADİSƏ 20 sen 2018, 09:31

 Türkiyənin İstanbul şəhərində azərbaycanlı iş adamı Etimad İsmayılovu güllələyərək qətlə yetirən Gözəl Dəmirov polis tərəfindən saxlanılıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

 

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub və istefada olan polkovnikdir. Məlumatlara görə, onun Etimad İsmayılovla maliyyə məsələsində mübahisəsi olub və qətlin səbəbi də bununla əlaəqləndirilir.

 

Mərhum Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.


O, eyni zamanda tanınmış  jurnalist  Sevil Nuriyevanın həyat yoldaşıdır. Cütlüyün 4 yaşlı bir oğlan övladı var.

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top