İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi

HADİSƏ 20 sen 2018, 00:28

Türkiyədə azərbaycanlı iş adamı, eyni zamanda siyasi analitik Etimad İsmayılov qətlə yetirilib.

 

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbul şəhərində baş verib.

 

Etimad İsmayılov  Floryadakı ofisində silahlı hücuma məruz qalıb.

 

Başından və ürəyindən güllə yarası alan E.İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Silahlı hücumu həyata keçirən Gözəl Dəmirov adlı şübhəli isə hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.

 

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi. O, eyni zamanda məşhur jurnalist, “Star” qəzetinin köşə yazarı Sevil Nuriyevanın həyat yoldaşıdır. Cütlüyün bir övladı da var.

 

Allah rəhmət eləsin!

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top