"Elmar Məmmədyarov erməni həmkarı ilə görüşdə aciz vəziyyətə düşmüşdü" - Sabiq səfirdən QALMAQALLI AÇIQLAMALAR - VİDEO

SİYASƏT 19 sen 2018, 22:51

Azərbaycanın tanınmış diplomatı, Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə xarici işlər naziri Elmar Məmmədyarov haqqında qalmaqallı açıqlamalarla gündəmə gəlib. 


Demokrat.Az xəbər verir ki, sabiq səfir İsfəndiyar Vahabzadə tanınmış jurnalist Əvəz Zeynallıya müsahibəsi zamanı Elmar Məmmədyarovun vaxtilə erməni həmkarı Vardan Oskanyanla görüşü zamanı özünü aciz vəziyyətə saldığını iddia edib: 

 


"Mən İsveçrədə olanda Türkiyənin Xarici İşlər naziri gəlmişdi. Üzr istəyirəm, İsveçrədə yox, yadımdan çıxıb artıq, hansısa xarici ölkədə işləyəndə Türkiyənin Xarici İşlər naziri, Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan və bizim nazir Elmar Məmmədyarov yanaşı dayanmışdılar. Həmin vaxtı Türkiyənin Xarici İşlər naziri türkcə sual verdi ki, "hangi dildə konuşacağız?". Ermənistan Xarici İşlər naziri isə türkcə cavab verərək dedi ki, "bana farketmez, efendim". Elmar Məmmədyarov isə rus dilində dedi ki, "məni bağışlayın, mən Azərbaycan dilində pis danışıram".

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top