Türkiyədə vətəndaşlıq almaq asanlaşdı

DÜNYA 19 sen 2018, 13:06

Türkiyədə vətəndaşlığın verilməsi haqqında 2010-cu ildə qüvvəyə minən qanunun 20-ci maddəsinə dəyişiklik edilib. 

 

Modern.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, dəyişikliklərə əsasən, Türkiyədə vətəndaşlıq almaq istəyən şəxslərin yatırmalı olduğu sərmayənin həcmi 2 milyon dollardan 500 min dollara endirilib. 

 

Bundan başqa, Türkiyədə daşınmaz əmlaka sahib olan əcnəbilərin vətəndaşlıq alması üçün rüsum 1 milyon dollardan 250 min dollara kimi azaldılıb. 
Eyni zamanda, vətəndaşlığa keçmək üçün Türkiyə banklarında lazım olan əmanət məbləği 3 milyon dollardan 500 min dollara endirilib. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top