"Paşinyanın oğlu hərbi cinayətkardır" - Arif Hacılı

SİYASƏT 19 sen 2018, 00:09

"Azərbaycan xalqı həmişə Prezident İlham Əliyevdən və yüksək vəzifəli məmurlardan övladlarını hərbi xidmətdən saxlamamağı tələb edib. Bu tələb mitinqlərdə də, sosial şəbəkələrdə də daim səslənib. Biz həmişə demişik ki, kimlərsə ölkənin sərvətlərinə sahib, kimlərsə problemlərinə məsul ola bilməz. Hər birimiz bu ölkənin sərvətlərinə də, dərdlərinə də şərikik".


Demokrat.Az xəbər verir ki, bu fikirləri Müsavat partiyasının sədri Arif Hacılı bəyan edib. 


Bununla yanaşı A.Hacılı bildirib ki, bu tələbin Paşinyanın oğlunu Azərbaycana, Qarabağa göndərməsi ilə bağlı qərarına heç bir aidiyyətı yoxdur:


"Bu tələblər irəli sürüləndə xalqımızın Paşinyan adlı birinin mövcudluğundan xəbəri yox idi. Biz siyasətçi olaraq bilirdik ki, Yerevanda baş verən mart hadisələrindən sonra qaçıb gizlənən, sonra üzə çıxıb Serjik Sarkisyanın yandaş siyasətçi kimi siyahıya salıb parlamentə buraxdığı Paşinyan adlı biri var. Paşinyanın iddia etdiyi kimi Azərbaycan xalqının "Paşinyanın oğlu orduda xidmət edir, sən də oğlunu hərbi xidmətə göndər"- deyə tələb irəli sürməsi mümkün deyildi. Çünki Paşinyanın oğlu orduda xidmət etmir. Paşinyanın oğlu indi Qarabağ ərazisini nəzarətdə saxlayan, beynəlxalq hüquq normalarına görə Suriyada, İraqda olan qanunsuz silahlı dəstələrdən fərqlənməyən silahlı dəstələrdən birinin üzvü, elə həmin normalara görə hərbi cinayətkardır. Paşinyan bu açıqlaması ilə, hətta Ermənistan tərəfindən müstəqil olaraq tanınmayan ərazidə qanunsuz silahlı dəstələrin təşkilatçısı olduğunu etiraf edib. Gün gələr, bu haqlı mövqeyimizin bütün dünyada, beynəlxalq məhkəmələrdə qəbul edilməsinə də nail olarıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top