Vladimir Putin: "Bizim təyyarəni İsrail təyyarəsi vurmayıb"

DÜNYA 18 sen 2018, 19:50

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, Vladimir Putin Suriyada göyərtəsində 15 hərbçinin olduğu hərbi təyyarənin vurulması ilə bağlı açıqlama verib.

 

Macarıstanın baş nazirilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Putin deyib ki, bu insidenti Türkiyə tərəfindən Rusiyaya aid SU-24 təyyarəsinin vurulması ilə eyniləşdirmək olmaz: “O zaman Türkiyə qırıcısı bizim təyyarəni bilərəkdən vurmuşdu. İndiki halda baş verənlər isə daha çox faciəli təsadüflər zəncirinə bənzəyir. Çünki bizim təyyarəni İsrail təyyarəsi vurmayıb.”

 

V.Putin deyib ki, Rusiya bundan sonra Suriyadakı hərbi qüvvələrinin təhlükəsizliyini artıracaq və xüsusi olaraq vurğulayıb ki, bunu hər kəs hiss edəcək.

 

Xatırladaq ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi sözügedən təyyarənin vurulmasında əsas səbəbkar kimi Latakiyaya hücum edən 4 İsrail təyyarəsini göstərib. İddiaya görə, F-16-lar Latakiya şəhərinə hücum zamanı bilərəkdən elə vəziyyət yaradıblar ki, Rusiyaya aid İL-20 təyyarəsi Suriya tərəfinin hava hücumundan müdafiə qüvvələrinin onlara yönəltdiyi atəşin altında qalsın.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top