SOCAR-ın 3 yataq üzrə təsdiqlənmiş neft-qaz ehtiyatları açıqlandı

İQTİSADİYYAT 17 sen 2018, 21:53

2018-ci il yanvarın 1-i tarixinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edilmiş neft ehtiyatlarının həcmi 66,838 mln. ton təşkil edib.

 

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ında qeyd edilib.

 

Ötən ilin sonuna Şirkətin təsdiq edilmiş qaz ehtiyatlarının həcmi isə 29,927 mlrd. kubmetr olub.

 

Qeyd edilib ki, neft və qaz ehtiyatları üç yataq üçün hesablanıb təsdiq edilib. Hesabatda iştirak edən neft və qaz yataqları “Günəşli”, “Neft daşları”, “Bulla-dəniz” olub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top