Səfər Mehdiyev: "Sərhədlərimizdə hər gün qaçaqmalçılıq faktı aşkarlanır" (VİDEO)

HADİSƏ 17 sen 2018, 18:06

Dövlət Gömrük Komitəsi qanunvericiliyin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış edib.


Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev son günlər sərhəd-keçid məntəqələrindən qaçaqmal keçiilməsi cəhdləri və gömrükçülər tərəfindən aşkar edilən faktlar barədə açıqlama verib. Onun sözlərinə görə, qaçaqmalçılıq cəhdləri dünyanın inkişaf etmiş ölkələrində də baş verir: “Bizdə belə hadisələrə demək olar ki, hər gün təsadüf olunur. Xüsusilə çox qiymətli əşyaların gizli saxlanc yerlərində gizlədərək Azərbaycan ərazisinə gətirməyə cəhd edirlər. Bu günədək 700-ə yaxın belə qaçaqmalçılıq faktı aşkarlanıb”. 

 

Səfər Mehdiyevin sözlərinə görə, siqaret, spirtli içkilər, telefon aksessuarları və telefonların qanunsuz yolla ölkəyə gətirilməsi faktları da aşkarlanır. Komitə sədri bildirib ki, qanunvericilikdə bu hallarla bağlı maddələr olsa da, onların təkmilləşdirilməsi üçün Dövlət Gömrük Komitəsi tərəfindən təkliflər irəli sürülüb. 

 

DGK sədri gömrük orqanlarında aparılan islahatlar haqqında da məlumat verib. 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top