"Kartofun məhsuldarlığı gözləndiyindən çoxdur" - Nazirdən AÇIQLAMA

İQTİSADİYYAT 17 sen 2018, 17:39

"Bu il Azərbaycanda kartofun məhsuldarlığı gözlənildiyindən daha çoxdur". 

 

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin 2018/2019-cu tədris ilinin açılış mərasimində iştirak edən zaman jurnalistlərə bildirib. 

 

“Nazirlər Kabinetinin Azərbaycana daxil olan kartofun idxal rüsumunu qaldırması çox təqdirəlayiq qərardır. Kartofun qiyməti stabil olaraq qalır. Bu qərarın əsəs məqsədi bizim fermerlərimizin mənafeyini qorumaq məqsədi ilə qəbul edilmiş bir qərardır. Bu il azərbaycanda kartof məhsuldarlığı gözləndiyindən də daha çoxdur və bununla yanaşı, bildiyiniz kimi başqa obyektiv səbəblər vardır ki, ölkəyə daha ucuz kartof gələ bilərdi. Ona görə də fermerlərimizin mənafeyini qorumaq üçün belə bir tədbir görülüb və fermerlərimiz də bundan çox razıdırlar", - deyə o qeyd edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top