Kəmaləddin Heydərov paradda niyə İŞTİRAK ETMƏDİ? - Səhhətində problem yarandığı iddia olunur

HADİSƏ 17 sen 2018, 14:55

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun səhhətində problem yaranıb.


Unikal.org-un əldə etdiyi məlumata görə, Kəmaləddin Heydərov yüksək şəkərdən əziyyət çəkir.


Onun ölkə xaricində müalicə olunduğu bildirilir. Buna görə Kəmaləddin Heydərovun Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradda iştirak etmədiyi də bildirilir.


Bundan əlavə, nazir 14 sentyabr 2018-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimində də görünməyib. 


Mərasimdə nazirin əvəzinə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə, genral-leytenant Etibar Mirzəyev iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top