Prezident “işsizəm” deyən gənci danladı - VİDEO

MARAQLI 17 sen 2018, 12:22

Fransa prezidenti Emmanuel Makron iş tapmaqda çətinlik çəkdiyini bildirən gənci kameralar qarşısında danlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl də ona “Manu” deyə səslənən gənci danladığı üçün tənqid olunan prezidentin bu reaksiyası da birmənalı qarşılanmayıb.

Makron işsizlikdən gileylənən və bağban olduğunu söyləyən gəncə “Qarşı yola keçsəm sizə iş taparam. Motivasiyanız varsa otellərdə, kafelərdə və inşaatda işçi qəbulu var. Getdiyiniz iki yerin ən az birində əminəm ki işçiyə ehtiyac olur” deyib.

Şikayətçi gənclə eyni problemi yaşayan fransızlar sosial şəbəkə üzərindən etirazlarını ifadə ediblər. Bununla yanaşı, sosial şəbəkələrdə yardım kampaniyaları da başladılıb. 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top