Deputat Xalq Cümhuriyyəti ilə bağlı təhsil nazirinə çağırış etdi

SOSİAL 16 sen 2018, 14:48

Millət vəkili Fazil Mustafa təhsil nazirinə çağırış edib.

 

Demokrat.Az xəbər verir ki, məktəblərdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlı məlumat xarakterli materiallara rast gəlmədiyini özünün "facebook" hesabında qeyd edən deputat, xüsusilə,  AXC-nin 100 illiyində məktəblərin buna diqqət yetirməli olduğunu vurğulayıb:

 

"Bu gün Sabunçu payonu 28 saylı məktəbdə rayonumuzun təhsil konfransı keçirildi. Konfransdan öncə yeni tikilmiş məktəbi gəzdik. Müasir, yeni, geniş həyəti və idman meydançası, möhtəşəm idman zalı var- bir sözlə beşdə beşlik bir məktəb Savalan qəsəbəsində inşa edilib, açılışında da ölkə prezidenti şəxsən iştirak edib və çox razı qalıb. İnanın ki, heç Sovet dövründə ən aparıcıali məktəbimiz sayılan Bakı Dövlət Universiteti bu cür səliqəli və yaxşı təmiri olmayıb. Beləbir məktəbi görəndə oxumamaq üçün hər hansı bəhanə tapmaq mümkün deyil Bununla belə, Bakı şəhərinin baş çəkdiyim bütün məktəblərində rast gəldiyim bir çatışmazlığı burada da gördüm. Müxtəlif vətənpərvəlik təbliğ edən stendlər olsa da, Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucuları, yaranma tarixi və süqutu barədə divardan asılan hər hansı bilgi materialına rast gəlmədim. Ölkə prezidenti bu ili Cümhuriyyət İli elan edib, necə olub ki, Təhsil Nazirliyi həmin ideyanı reallaşdırmağı diqqətdən qaçırıb. Düşünürəm ki, hər bir məktəbdə tariximizin bu şərəfli dövrü, cümhuriyyət qurucuları haqqında məktbəliləri məlumatlandıran təbliğat materialları yerləşdirilməlidir və ümid edirəm ki, hörmətli təhsil nazirimiz bu çağırışa qısa müddətdə dəstək verəcəkdir". 

 

Demokrat.Az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top