Kəmaləddin Heydərovun yeznəsi işdən uzaqlaşdırıldı - Gömrük Komitəsində islahatlar davam edir

HADİSƏ 16 sen 2018, 14:07

Dövlət Gömrük Komitəsində daha bir sensasiyalı dəyişiklik baş verib.

 

“AzPolitika.info”ya daxil olan məlumata görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın kadrların, daha dəqiqi, onun komandasının Gömrük Komitəsindən uzaqlaşdırılması prosesi son günlər daha da sürətlənib.

 

Belə ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu dəfə cənab Heydərovun Komitədəki ən yaxın qohumunu – bacısının həyat yoldaşı Faiq Şahbazovu İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıb. Onun yerinə artıq təyinat da olub. S.Mehdiyev bu vəzifəni özünün tələbə yoldaşı olan Fərhad Babayevə həvalə edib.

faiq

Faiq Şahbazov

Beləliklə, Dövlət Gömrük Komitəsinin “heydərovçu” komandadan təmizlənməsi prosesinin getdiyi bir daha təsdiqini tapmış olub. Siyasi müşahidəçilər Gömrük Komitəsinin yeni sədrinin bu siyasətini anlamaqda çətinlik çəkirlər. Məsələ ondadır ki, S.Mehdiyevin özü də uzun illər məhz Heydərov komandasının ağır çəkili üzvlərindən biri olub. Təsadüfi deyil ki, K.Heydərov gömrüyün “boz kardinalı” funksiyasını məhz ona həvalə etmişdi.

sefer-mehdiyev

Bəzi məlumatlara görə, K.Heydərov Gömrük Komitəsinin sədri olmaq uğrundakı mübarizədə S.Mehdiyevi yox, Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovu dəstəklədiyindən Komitənin hazırki sədri keçmiş şefinə asi çıxıb…

 

Onu da xatırlatmaq yerinə düşər ki, Faiq Şahbazov Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə bir neçə ay əvvəl – ötən ilin dekabrında təyin olunmuşdu. Bundan əvvəl o, Vergilər Nazirliyinin İnsan Resursları Departamentinin baş direktoru vəzifəsində işləmişdi. Lakin Mikayıl Cabbarovun vergilər naziri təyinatından cəmi 1 gün əvvəl F.Şahbazov həmin vəzifədən istefa vermişdi.

 

Bundan sonra onu Gömrük Komitəsində işə götürmüşdülər.

 

20180916_133808_resized

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top