ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb

DÜNYA 16 sen 2018, 13:41

ABŞ-da tüğyan edən "Florens" qasırğası qurbanlarının sayı 13 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "ABC News" xəbər verib.

Daha əvvəl 11 nəfərin öldüyü bildirilirdi. 

Atlantik okeanında tüğyan edən "Florens" ABŞ sahillərinə cümə günü çatıb. Lakin sonra zəifləyib. Küləyin sürəti saatda 75 kilometri ötmür. 

Təbii hadisənin tüğyan etdiyi yerlərdə daşqın təhlükəsi qalmaqdadır. Şimali və Cənubi Karolinanın 27 mindən çox sakini müvəqqəti sığınacaqlara yerləşdiriliblər. 900 mindən çox insan elektrik enerjisindən məhrum olub. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top