"Həyat yoldaşım konsertə helikopterlə göydən nəzarət edəcək" - Şəbnəm Tovuzlu

MARAQLI 15 sen 2018, 18:15

Tanınmış ifaçı Şəbnəm Tovuzlu bu gün konsert vermək üçün Yaşıl teatra yollanıb. Müğənni hal - hazırda konsert öncəsi məşqlərini tamamlayıb, vijaz üçün hazırlıq edir. Konsert öncəsi Şəbnəm Tovuzlu xəbərçi.az - a danışıb: " Həyəcan hələ ki, yoxdur. Çox xoşbəxtəm. Amma səhnəyə çıxanda o auditoriyanı görüb, həyəcan olarsa, bir şey deyə bilmərəm. Ailəmdən qaynanam, qayınımın qızı yanımda olacaq. Həyat yoldaşım təbii məni tək buraxmaz, o helekopterlə fırlanıb, göydən nəzarət edəcək. Allah hər kəsin ailəsini sevənlərini var etsin, çox sevinirəm."

Qeyd edək ki, Şəbnəm Tovuzlu bu gün Yaşıl Teatrda saat 20:00-da möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top