"Bu qədər insanın mənə nifrət etdiyini görmək xoşdur" - Balotelli

İDMAN 15 sen 2018, 18:33
 
“Nitsa”nın hücumçusu Mario Balotelli yenidən İtaliya A Seriyasına qayıtmamasının səbəblərini açıqlayıb.
 
Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, təcrübəli futbolçu bunun ölkədə insanların ona nifrət etməsi ilə əlaqəli olduğunu bildirib:
 
“Şərhləri oxuyanda İtaliyada bu qədər insanın mənə nifrət etdiyini görmək xoşdur. Ümid edirəm ki, onlar işlərim yaxşı gedəndə də məni günahlandırmağa davam edəcəklər. İtaliyaya konkret səbəbə görə qayıtmadım. Məncə, artıq siz hər şeyi bilirsiniz”.
 
Qeyd edək ki, Balotelli son vaxtlar artıq çəkisinə görə xeyli tənqid olunur. Hətta o, bu səbəbdən “Nitsa” klubundan kənarlaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top