"Telekanal rəhbərliyi və hakimiyyət rəsmiləri "Tolik"in hərəkətlərinə münasibət bildirməlidir" - Sülhəddin Əkbərdən ÇAĞIRIŞ

HADİSƏ 14 sen 2018, 14:04

Azad Demokratlar Partiyasının (ADP) sədri, keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər "Xəzər" televiziyasının aparıcısı, "Tolik" kimi tanınan prodüser Tarix Əliyevin Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi təhqir etməsinə sərt münasibət bildirib. 


S.Əkbər Demokrat.Az-a açıqlamasında deyib ki, bu cür hallar birinci hal deyil:


"Zaman-zaman Azərbaycanın görkəmli şəxsləri və şəxsiyyətləri haqqında bir sıra telekanallarda və KİV-lərdə buna bənzər aşağılayıcı fikirlər yayımlanır. Hesab edirəm ki, "Tolik" deyilən bu adamın Əbülfəz Elçibəyi təhqir etməsinə ilk növbədə telekanal rəhbərliyi və hakimiyyət rəsmiləri münasibət bildirməlidir. Əks halda bu cəmiyyət tərəfindən hakimiyyətin və televiziya rəhbərliyinin mövqeyi kimi qiymətləndiriləcək. Əgər doğrudan da bunun sifarişçisi hakimiyyət nümayəndələri deyilsə, o zaman bu kiçik miqyaslı bir şəxsin tərbiyyəsinə uyğun olan hərəkətdir. Bu adama da cəmiyyət layiq olduğu cavabı verir".


Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top