Gizli səs yazısı yayılan erməni məmurlarla bağlı istintaq başladı

HADİSƏ 13 sen 2018, 20:59

Ermənistanın İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədar Baş Prokurorluqda açılan cinayət işini qəbul edərək istintaq prosesinə başlayıb.


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər.


Qeyd olunub ki, həmin səs yazısında Artur Vanetsyan və Sasun Xaçatryanın vəzifə səlahiyyətlərini aşdıqlarına dair açıq-aydın faktlar var. Bu səbəbdən də, Baş Prokurorluq Cinayət Məcəlləsinin 309-cu maddəsinin 1-ci bəndini əsas tutaraq Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərlərinə qarşı cinayət işi açmaqla İstintaq Komitəsinə göndərib. Komitə də öz növbəsində işin icraatına başlayıb.

 

Картинки по запросу Phone talk between Armenia security and investigation chiefs contains data on exceeding of official power


Qeyd edək ki, məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar. Telefon söhbətində Rusiyanın narazılığını nəzərə alaraq Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top