Gəncədə jurnalist saxlanıldı

HADİSƏ 10 iyl 2018, 22:06

İyulun 10-da saat 20:00 radələrində Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydanda etiraz aksiyası keçirilib. 


Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, aksiya zamanı polis və etirazçılar arasında qarşıdurma yaşanıb. Polis etirazçıların qarşısını almağa çalışıb. 


Bir qrup etirazçı isə özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Bu zaman iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov etirazçılar tərəfindən bıçaqlanıblar. 


Polis zabitləri etirazçıların kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində həlak olublar. Qarşıdurma zamanı onlarla etirazçı da xəsarətlər alıb. Polis aksiyanı dağıdaraq, 50-dən çox etirazçını saxlayaraq Gəncə Şəhər Baş Polis İdarəsinə aparıb. Onlarla etirazçı isə polis tərəfindən axtarışa verilib. 


Aksiya zamanı peşə fəaliyyətini icra edən tanınmış jurnalist Natiq Həziquliyev də polis tərəfindən saxlanılıb. Onun Gəncə Şəhər Baş Polis İdarəsinə aparıldığı ehtimal edilir. 


Şahidlərin dediyinə görə, Natiq Həziquliyev aksiyanı çəkərkən polis ona mane olmağa çalışıb. Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. (elchi.az)

 

Görüntünün olası içeriği: 9 kişi, Nemet Orudjov dahil, gülümseyen insanlar, ayakta duran insanlar ve açık hava

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top