"Azərbaycan Paşinyanın hər addımına nəzarət etmək gücünə malikdir" - Komitə sədri

SİYASƏT 12 sen 2018, 13:32

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov Ermənistan prezidenti Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.


E.İbrahimov "Ölkə.Az"a açıqlamasında deyib ki, Nikol Paşinyan bu cür sayıqlamalarla erməni əhalisinin dəstəyini qazanmağa çalışır:


"Yəqin ki, bu cür sayıqlamalarla Paşinyan hakimiyyətdə çox qala bilməyəcək. Çünki Paşinyan öz ölkəsində mövcud olan vəziyyətə nəzarət edə bilmir. Az qalsın ki, özünü dövlət çevrilişi ilə hakimiyyətdən yıxsınlar. Yaxşısı budur ki, Paşinyan gedib öz hayına qalsın. Adama deyərlər ki, ay Paşinyan, İrəvanda gündə bir mitinq keçirilir. Yaxşı olar ki, ilk növbədə İrəvanda xaosu aradan qaldır. Paşinyan Qarabağla bağlı narahat olmasın, Azərbaycan dövləti gec-tez o torpaqları işğaldan azad edəcək".


Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti Nikol Paşinyanın hər addımına nəzarət etmək gücünə malikdir:


"Ermənilərin heç bir gücü yoxdur, indi Paşinyan yalandan boş-boş guruldayır, erməni əhalisi arasında nüfuz qazanmağa çalışır. Əgər doğrudan da Paşinyanın belə gücü vardırsa, işğal etdiyi torpaqları əlində saxlayardı da? Elə bu yaxınlarda Azərbaycan ordusu 11 min hektar Naxçıvan tərəfdən, 2016-cı ilin aprel döyüşləri zamanı isə bir neçə strateji yüksəklikləri işğaldan azad edib. Görünür ki, Nikol Paşinyan Azərbaycan ordusunun İrəvana qədər getməsini istəyir. Ona görə də müharibə ritorikası ilə danışır".


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top