"Bir-birinin funksiyalarını təkrar edən şöbələr və idarələr birləşdirilib" - Səfər Mehdiyev

İQTİSADİYYAT 12 sen 2018, 10:53

"Dövlət Gömrük Komitəsinin (DGK) indiyə qədər fəaliyyət göstərdiyi struktur ötən əsrin 90-cı illərindən qalmışdı. Komitənin idarə və şöbələri arasında bir-birinin funksiyalarını təkrar edənlər var idi. Bunu nəzərə alaraq onların bəziləri birləşdirilib". 

 

"Report" xəbər verir ki, bunu "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında komitənin sədri Səfər Mehdiyev deyib.

 

Onun sözlərinə görə, son aylar aparılan struktur islahatları gömrük işinin keyfiyyətinin artmasına səbəb olub: "Məsələn, əvvəllər "Sınıq Körpü" gömrük-keçid məntəqəsindən gün ərzində 6 min insan keçirdisə, bu yay bu rəqəm 17 minə qalxıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi isə hər ay gömrük-keçid məntəqələrində 1,5 mln. sərnişinə xidmət edir. Bu isə rekord göstəricidir". 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top