Məcburi köçkünlərin müvəqqəti yaşayış evi yandı - VİDEO

HADİSƏ 11 sen 2018, 17:17

Bu gün günorta saatlarında Şamaxı rayonu, Şəhriyar qəsəbəsində Kəlbəcər rayon sakini Vaqif  Qasımova məxsus üç otaqlı mənzilin iki otağı, ümumi sahəsi 70 kvadrat metr olan ərazi yanıb.

 

Oxu.Az-ın xəbərinə görə, ev sahibləri bir anda evin alovlandığını görüblər.

 

Evda olan iki azyaşlı uşaq qonşuların köməyi ilə xilas edilib. Xoşbəxtlikdən hadisə zamanı ölən və xəsarət alan olmayıb.

 

Yanğın FHN-nin Şamaxı rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində sönürülüb.

 

Yanğın nəticəsində evdə olan əşyaların böyük bir qismi yanıb. Qeyd edilir ki, oxşar hadisə sözügedən ünvanda üçüncü dəfərdir ki baş verir.

 

Yanğının qısaqapanmadan baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri araşdırılır.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top