Karateçilərimiz beynəlxalq turnirdə 7 medal qazandı - FOTOLAR

İDMAN 10 sen 2018, 14:50

Gürcüstanın  Tbilisi şəhərində karate üzrə "Open Tbilisi" beynəlxalq turnirində idmançılarımızın çıxışı uğurlu alınıb. 

 
Demokrat. Az xəbər verir ki, 8-9 sentyabr 2018-ci il tarixlərində keçirilmiş mötəbər yarışda karateçilərimiz  5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla tarixi nailiyyətə nail olub:


1. Həsənəli Həsənov – I yer (kata üzrə, 16+ yaş qrupu)
2. Xaqan Həsənov – I yer (kumite üzrə, -55 kq, 16-17 yaş qrupu)
3. Fidan Həmidova – I yer (kumite üzrə, -53 kq, 16-17 yaş qrupu)
4. Fatma Hacıyeva  – I yer (kumite üzrə, - 30 kq, 8-9 yaş qrupu)
5. Əli Səfərov – I yer (kumite üzrə, - 30 kq, 8-9 yaş qrupu)
6. Mərdan Mehdizadə – II yer (kata üzrə, 10-11 yaş qrupu)
7. Əsgər Hüseynzadə – III yer (kumite üzrə, -58 kq, 12-13 yaş qrupu )  


Qeyd edək ki, beynəlxalq turnirdə komandamızın baş məşqçisi Vüqar Həsənov və məşqçi Coşqun Sadıqov iştirak edib. Azərbaycanı hakim qismində isə Namiq Həsənov  təmsil edib. 


Ənənəvi olaraq, yarışa yollanmış bəzi idmançı, məşqçi və hakimin xərclərini Dünya Şotokan Federasiyasının İdarə Heyətinin üzvü, Dünya Şotokan Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Arif Məmmədov öz üzərinə götürüb. Bu dəstək isə idmançı, məşqçi və hakimlərdən ibarət komandanın daha yaxşı nəticələr əldə etməsinə müsbət təsir edir.   

 

 Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top